16 İyun 2020 19:09
1 906
12 Punto 14 Punto 16 Punto 18 Punto

99 il əvvəl Türkiyədə Yunanıstan ordusunun işğalı zamanı yandırılaraq qətlə yetirilən 83 türkün məzarı Çivril şəhərində aşkar olunub.

Teleqraf.com xəbər verir ki, 1921-ci il aprelin 2-də baş verən qətliamdan sonra kütləvi halda dəfn edilən qurbanların məzarları uzun zamandır axtarılırdı.

Tarixçi, professor Turqut Tok yunan işğalı zamanı Çivril, Güney və Buldan bölgələrinin saysız qətliamlara ev sahibliyi etdiyini, bunun bir çoxunun hələ də üstünün açılmadığını bildirib.

“Gecə saatlarında Cabar kəndində hücum edən yunan hərbçiləri uşaq, qadın, qocalar da daxil olmaqla, 83 nəfəri qətlə yetirərək yandırıb. Kənd bu qətliamdan sonra yenidən inşa olunub. Uzun illərdən sonra şəhidlərimizin məzarlarını tapa bildik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər