17 İyun 2020 22:51
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Palmali” şirkətinin qurucusu Mübariz Mənsimovun işi ilə bağlı 27-ci İstanbul Ağır Cəza məhkəməsinin hakimi ona təqdim edilən iddianaməni və dəlilləri qəbul edib.

Teleqraf.com xəbər verir ki, məhkəmənin vaxtı bu ilin sentyabr ayının 15-nə təyin edilib. Məhkəmənin ictimayət və mətbuat üçün açıq yaxud qapalı olacağı barədə məhkəmə qərar verəcək.

Qeyd edək ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən M.Qurbanoğlu haqqında 26 səhifəlik ittiham aktı hazırlanıb.

İttiham aktında şübhəli şəxsin FETÖ ilə əlaqəsi qeyd olunub. Eyni zamanda, Fəthullah Gülənə aid əşyaları muzeydə sərgilədiyi iddia edilib.

Bildirilib ki, M.Mənsimovun təşkilatın bir çox sahə üzrə rəhbərləri ilə intensiv şəkildə əlaqə və əməkdaşlığı 2016-cı ilə qədər davam edib. FETÖ-nin xaricdəki təşkilatlarından məsuliyyətli olan Əhməd Həmdi Vural ilə gizli şəkildə görüşləri və əlaqəsi olub.

İttihamda vurğulanır ki, şübhəli şəxs təşkilatın digər üzvləri kimi, müdafiə olunmaqdan (dövlət tərəfindən vəkillə təmin olunmaqdan) imtina edib. Şübhəli şəxsin təşkilatdan verilən göstərişlər əsasında fəaliyyətlərdə olduğu da qeyd edilib.

Prokurorluq şübhəli şəxsin "Silahlı terror təşkilatına üzv olmaq" maddəsi ilə cəzalandırılmasını tələb edib.

Mübariz Mənsimovla bağlı məhkəmə prosesi İstanbul Ağır Cəza Məhkəməsində keçiriləcək.

Qeyd edək ki, 15 martda hüquq-mühafizə orqanları M.Mənsimovun evində axtarış aparıb və o, həmin gün saxlanılıb. 17 martda isə M.Mənsimov barəsində istintaq müddətində həbs qərarı verilib. 17 iyunda istintaq işi məhkəməyə göndərilib.

M.Mənsimov özü FETÖ ilə əlaqələrini qəti şəkildə rədd edir və ittihamları qəbul etmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər