18 İyun 2020 09:20
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonu ərazisində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Ramin Şamilov və onun dostu, 1999-cu il təvəllüdlü Allahverdi İsmayılovun cinayət işi üzrə ibtidai istintaq baş çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Samir Əliyevin icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, ötən il noyabrın 9-da, saat 08.00-da Binəqədi rayonu, Sulutəpə qəsəbəsində “Mercedes” markalı avtomobilin yük yerindən Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Elşən Abbasovun meyiti tapılıb.

Araşdırma zamanı həmin şəxsin bədənində müxtəlif xəsarətləri aşkar olunub. Həmçinin, kişinin hər iki ayağı sındırılıb. Məlum olub ki, Elçin Abbasov başından aldığı daş zərbələri nəticəsində ölüb.

Aparılan araşdırmalar zamanı noyabrın 10-da 40-cı polis bölməsinin əməkdaşları qətldə şübhəli bilinən Şəki sakinləri, 1999-cu il təvəllüdlü Allahverdi İsmayılovu və onun qohumu, 1987-ci il təvəllüdlü Ramin Şamilovu saxlayıblar.

İstintaq araşdırması zamanı Elçin Abbasovun öz inadkarlığının qurbanı olduğu üzə çıxıb. O, saxlanılan şəxslərdən birinin yaxın qohumunun qeydinə qalmağa çalışıb. Ancaq qadın deyib ki, onun haqqında heç nə eşitmək istəmir. Elçin Abbasov ona zəng etməyə davam edib.

Bu zaman söhbətə Allahverdi İsmayılov qarışıb. O, telefon vasitəsilə Elçin Abbasovla əlaqə saxlayıb və onu Sulutəpə qəsəbəsində yaşayan qadının evinin qarışısında görüşə çağırıb. Noyabrın 8-də, gecə Elçin Abbasov görüşə gəlib.

İstintaqın versiyalarına görə, qadının gözləri qarşısında Allahverdi İsmayılov və Ramin Şamilov Elçin Abbasovu ölümcül döyüb, daha sonra cəsədi avtomobilin yük hissəsində gizlədiblər.

İstintaq araşdırması zamanı cinayət işində adı keçən və Elçin Abbasovun münasibət saxlamaq istədiyi qadının Nəzakət Həbullayev olduğu məlum olub. İstintaq belə nəticəyə gəlib ki, Nəzakət Həbullayeva da həmin qətl hadisəsində iştirak edib.

Bu səbəbdən istintaq onu qətldə iştirakçılıqda ittiham edib.

İstintaq orqanı tərəfindən Ramin Şamilov və Allahverdi İsmayılovun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri üzrə ittiham verilib.

Cinayət işində adı keçən Nəzakət Həbullayevaya isə Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddələri ilə ittiham edilib.

Onun barəsində cinayət işi ayrıca icraata götürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər