22 İyun 2020 09:33
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusarda anasının boğazını kəsən 1995-ci il təvəllüdlü Nail Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Teleqraf.com-un xəbərinə görə, Qusar rayon Məhkəməsində hakim Rafiq Kazımovun sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanının təqdimatı təmin olunub.

Nail Əhmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 aya qədər artırılıb.

Qeyd edək ki, bundan əvvəl Nail Əhmədovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

İttihama görə, hadisə bu ilin martın 29-u gecə saatlarında Qusar rayonunun Xurel kəndin qeydə alınıb. 1995-ci il təvəllüdlü Nail Əhmədov anası, 1971-ci il təvəllüdlü Maisə Əhmədovanın boğazını kəsərək, qətlə yetirib.

Hadisəni törədən Nail Əhmədov sonradan qaçaraq gizlənib. Polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Nail Əhmədov həmin kənddə yaşayan əmisinin həyətindəki tövlənin damından tapılıb.

Maisə Əhmədova ilə oğlu arasında mübahisə pul üstündə düşüb. Maisə Əhmədova həyətində saxladığı dananı satıb, oğlunun da bundan xəbəri olub.

Nail Əhmədovun narkotik maddə istifadəçisi olduğu deyilir.

İstintaq orqanı tərəfindən Nail Əhmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qusar rayon Prokurorluğunda istintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər