Şəki şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Alı Həsənov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, A.Həsənovun yaşadığı ünvana baxış keçirilən zaman ümumi çəkisi 6 kiloqrama yaxın, hündürlükləri 90 sm-dən 238 sm-dək olan 21 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.