7 Oktyabr 2014 16:42
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

11 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Əli Ərrəhman oğlu İsmayılovun yanına qısamüddətli görüşə gəlmiş anası - Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi, döngə 4, ev 3 ünvanında yaşayan vətəndaş Səadət Arif qızı İsmayılovanın görüş otağında üzərinə və gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı sovqatda olan holland pendirinin içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, Ə.İsmayılov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 371-2.1 və 67.1-ci maddələrinə əsasən azadlıqdan məhrum edilib.


Müəllif:

Oxşar xəbərlər