25 İyun 2020 23:12
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyevin qardaşı Babək Hacıyev narkotik maddə olan heroinlə saxlanılıb.

1968-ci il təvəllüdlü Babək Hacıyev polisin bu gün keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik maddə ilə saxlanılıb.

Qeyd edilir ki, onun üzərinə baxış keçirilən zaman 4 qram heroin aşkarlanıb. Məlumata görə, icra başçısı müavininin qardaşının avtomobilində də külli miqdarda narkotik maddə tapılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, iyunun 23-də Ağstafada rayonun Mədəniyyət Evinin direktoru Vaqif Rafiq oğlu Mehdiyevə məxsus narkotik plantasiyası aşkarlanıb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər