Lənkəran şəhərində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə şəhərin Zərifə Əliyeva küçəsində qeydə alınıb. 1991-ci il təvəllüdlü Şəhriyar Kazımovun darə etdiyi “VAZ-2107” markalı avtomobili idarə edərkən aşırıb.
Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən 1957-ci il təvəllüdlü Validə Quliyeva ölüb, 1967-ci il təvəllüdlü Xatirə İsmayılova ağır bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov