29 İyun 2020 09:29
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Babək prospektində yerləşən avtoservisdən 5 min manat dəyərində ehtiyat hissələri oğurlanıb.

Nizami rayon Polis İdarəsindən 23-cü polis bölməsinin əməkdaşların keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, Bərdə rayon sakinləri, əvvəllər məhkum olunmuşlar 1963-cü il təvəllüdlü Telman Rəhimov və onun qardaşı 1982-ci il təvəllüdlü Sənan Rəhimov tutulub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər