Gəncə şəhərində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasında təqsirli bilinən Ramil Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncənin Nizami rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Roman Ələkbərlinin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İstintaq orqanı tərəfindən Ramil Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə iki nəfər zərərçəkmiş şəxs qismində tanınıb.