1 İyul 2020 23:44
1 959
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zaminbank” ASC-nin sədri Nadir İsmayılov həbs edilib.

Teleqraf.com Unikal.org-a istinadən xəbər verir ki, o, 20 milyon manatdan çox pul mənimsədiyi üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, Nadir İsmayılov mənimsədiyi 24 milyon manat pulu yaxın qohumlarının adına götürüb.

Sabiq sədr sözügedən məbləği qardaşları Məzahir və Mahir İsmayılovlar, bacısı Afət İsmayılova, qardaşı uşaqları Asəf, Tural və Nicat İsmayılovlar, bacısının həyat yoldaşı Bünyatəli, bacısının filial müdiri işləyən həyat yoldaşı Natiq, qardaşının qudası Mehdinin adına götürüb. Bildirilir ki, adları qeyd edilən Nadir İsmayılovun yaxın qohumları “Zaminbank” ASC-də müxtəlif vəzifələrə çalışırdılar.

Qeyd edək ki, bu gün Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qərarı çıxarılıb. N.İsmayılova AR Cinayət Məcəlləsinin 179.3.2 və 309.2.2 maddələri ilə cinayət işi açılıb.

Xatırladaq ki, “Zaminbank” ASC 4 il bundan öncə müflis elan edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər