2 İyul 2020 14:03
6 708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qadına işgəncə verərək seksual xarakterli hərəkətlər etməkdə, onu buna məcbur etməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Ruslan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Ruslan Abdullayev 1 sentyabr 2018-ci il tarixdə, saat 17 radələrində Daşkəsən rayon Bayan kəndində birgə yaşadıqları mənzildə qeyri-rəsmi nikah münasibətlərində olduğu həyat yoldaşı Qəmər Məmmədovadan anası Bahar Məmmədovanın (ad və soyadlar şərti verilib – red.) Bakı şəhərinə gedən zaman onlara pul verib-verməməsini soruşub.

Qəmər Məmmədova anasının onlara pul vermədən getdiyini bildirib. Ruslan Abdullayev Bahar Məmmədova ilə telefon vasitəsilə əlaqə saxlayaraq onlara pul vermədən getdiyi üçün narazılığını bildirib. Telefon danışığından sonra isə bu səbəbdən aralarında başlamış mübahisə zamanı əsəbləşən Ruslan Abdullayev yataq otağında Qəmər Məmmədovanı döyüb. Bu zərbələrdən yerə yıxılmış vəziyyətdə olan Qəmər Məmmədovanın sol göz nahiyəsindən təpiklə vuraraq, xəsarət yetirib.

Bundan başqa, Ruslan Abdullayev sentyabrın 12-də saat 22 radələrində birgə yaşadıqları mənzildə qeyri-rəsmi nikah münasibətlərində olduğu, ikinci evliliyi olduğundan ailə həyatının dağılmasından ehtiyat edən, ailəsinin onu qəbul etməyəcəyini düşünən Qəmər Məmmədovanın ondan asılılığından istifadə edib. O, cinsi ehtirasını təmin etmək üçün Qəmər Məmmədovadan məcburi qaydada paltarlarını soyunmağı tələb edib.

Qəmər Məmmədova paltarlarını soyunduqdan sonra onu oral sekslə məşğul olmağa məcbur edib. Qəmər Məmmədova onun tələb etdiyi seksual xarakterli hərəkətləri edib. O, bu hərəkələrini “Whatsapp” proqramı vasitəsilə digər dostuna göstərib.

Bu zaman Qəmər Məmmədova onun bu iyrənc hərəkəti etməsi barədə tələbindən imtina edib. Qəmər Məmmədova Ruslan Abdullayevi əməlindən çəkniməsi üçün qorxutmaq istəyib.

Bu məqsədlə Qəmər Məmmədova yerdən götürdüyü şüşə parçasını öz sol qol nahiyəsinə çəkib.

Buna baxmayaraq Ruslan Abdullayev yenə də hərəkətlərini davam etdirib, ona “niyə özünü bar qızları kimi cızırsan, özünə şram at, damarını kəs, qolun mənim qolum kimi olsun” sözlərini deyib.

Ruslan Abdullayev bu hərəkətləri arzulayaraq Qəmər Məmmədovanın əlindən tutub, onun əlindəki şüşə parçası ilə sol said nahiyəsinə çoxsaylı səthi kəsilmiş yaralar kimi xəsarətlər yetirib.

Sentyabrın 13-də, gecə saat 01 radələrində Ruslan Abdullayev sərxoş vəziyyətdə yaşadıqları mənzildə Qəmər Məmmədova ilə cinsi əlaqədə olmaq istədiyini bildirib. Sonuncu menisturasiya ilə əlaqədar onunla cinsi əlaqədə olmaqdan imtina edib.

Bu zaman Ruslan Abdullayev ona qeyri-təbii yolla əlaqədə olmağı təklif edib. Qəmər Məmmədova onun təklifinə etiraz edib.

Bu zaman Ruslan Abdullayev Qəmər Məmmədovaya fiziki zor tətbiq etməklə məcburi qaydada yataq otağındakı taxtın üstündəki döşəyin üzərinə üzü üstə uzadıb. Sonra saçlarından tutmaqla bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr endirib, qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli zorakılıq hərəkətləri edib.

Daha sonra Ruslan Abdullayev sentyabrın 15-də, gecə saat 1 radələrində sərxoş vəziyyətdə Qəmər Məmmədova ilə cinsi əlaqədə olmaq istədiyini bildirib. Qəmər Məmmədova menisturasiya ilə əlaqədar onunla cinsi əlaqədə olmaqdan imtina edib.

Bu vaxt Ruslan Abdullayev Qəmər Məmmədovaya qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif edib.

Lakin Qəmər Məmmədova onun təklifinə etiraz edib. Ruslan Abdullayev Qəmər Məmmədovanın bədəninin müxtəlif nahiyələrinə təpik və yumruq zərbələri endirərək döyüb. Sonra onunla qeyri-təbii yolla bir dəfə cinsi əlaqədə olub.

Səhəri gün növəti dəfə təcavüzə məruz qalan Qəmər Məmmədova Daşkəsən rayon polis şöbəsinə müraciət edib. Onun müraciəti əsasında Ruslan Abdullayev həbs edilib.

İstintaq orqanı tərəfindən Ruslan Abdullayevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 133.1-ci (bu məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə), 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruslan Abdullayev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Ruslan Abdullayev apelyasiya şikayəti verib. O, ittiham olunduğu Cinayət Məcəlləsinin 133.1, 150.2.5 və 151-ci maddələri ilə özünü təqsirli bilməyib. Özünü Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilib.

Ruslan Abdullayev barəsində ədalətli qərar qəbul edilməsini istəyib. Onu şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Əlizamin Abdullayevin sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Ruslan Abdullayevin apelyasiya şikayəti təmin edilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər