4 İyul 2020 12:09
1 764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayonunda qardaşını öldürməkdə ittiham olunan Ramil Rəhimovun barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, Qəbələ rayon Məkəməsində hakim Abbas Əliyevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Ramil Rəhimovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, iyulun 1-də saat 7 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərinin birində oranın sahibi olan qəsəbə sakini Ramil Rəhimovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşı Azəri qətlə yetirərək hadisə yerini tərk etməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Ramil Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ondan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

İstintaq araşdırması zamanı məlum olub ki, qardaşlar arasında mübahisə istirahət mərkəzinin üstündə yaranıb.

Qəsəbə sakini, 55 yaşlı Ramil Rəhimov böyük qardaşı, 61 yaşlı Azər Rəhimovu yaranmış mülk üstündə güllələyib.

Belə ki, Azər Rəhimov istirahət mərkəzini müqavilə əsasında qardaşına verib.

Lakin sonradan Ramil Rəhimov etibarnamə ilə işlətdiyi obyekti öz adına keçirib. Elə qardaşlar arasında mübahisə də buna görə başlayıb.

Qardaşlar istirahət mərkəzinin mübahisəsi ilə bağlı mülki qaydada məhkəmədə də çəkişiblər Məhkəmənin qərarına əsasən, obyekt yenidən Azər Rəhimova qaytarılıb.

Buna əsəbləşən kiçik qardaş silaha əl atıb. Ağır xəsarətlər alan Azər Vəliyev dünyasını dəyişib.

İstintaq orqanı tərəfindən Ramil Rəhimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər