4 İyul 2020 15:30
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda karantin qaydalarını pozmaqda ittiham olunan şəxsə cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, Hüseynov İbrahim Hüseyn oğlunun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) və 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

İstintaq orqanı tərəfindən İbrahim Hüseynovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi rayon Məhkəməsinə təqdimat göndərilib.

Hakim Cəmilə Musayevanın sədrliyi ilə baş tutan iclasda təqdimat təmin olunub.

İbrahim Hüseynovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər