Şamaxıda hamilə qadına işgəncə verməkdə ittiham olunan Kamran Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Şamaxı rayon Məhkəməsində hakim Etibar Hümmətovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyulun 8-nə təyin olunub.
İttihama görə, Şamaxı rayon sakini Kamran Kərimov tanışı M. Mürsəliyevaya işgəncə verib.
İstintaq orqanı tərəfindən Kamran Kərimovun barəsində Cinayət Məcəlləsinin 133.2.2-ci (işgəncə vermək, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə) maddəsi ilə ittiham elan edilib.