8 İyul 2020 11:35
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Teleqraf.com xəbər verir ki, iyulun 7-də Şəmkir rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Nəriman Cəfərova məxsus, Şəmkir-Çinarlı avtomobil yolunun sol tərəfində yerləşən pay torpaq sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Hal şahidlərinin iştirakı ilə torpaq sahəyə baxış zamanı oradan 13 ədəd çətənə kolu aşkar olunub.

Bundan başqa N. Cəfərova məxsus yardımçı tikiliyə baxış zamanı 460 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı N. Cəfərov çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər