8 İyul 2020 14:30
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda silahlı cinayət hadisəsi törətməkdə təqsirli bilinən Qamət Sultanzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim İlham Mahmudovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbə sakini, 1985- ci il təvəllüdlü Qamət Teymurov odlu silahla vurulub. Şəxsin vurulması ilə bağlı ötən gün Xəzər rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma nəticəsində onu odlu silahla vuran şəxsin Şağan qəsəbə sakini, 1995- ci il təvəllüdlü Rəhman Sultanzadə olduğu müəyyənləşib.

2020-ci il martın 20-də, günorta saat 15:00-da Rəhman Sultanzadə Qamət Teymurovun yaşadığı evə gələrək ov silahıyla ona dörd dəfə atəş açıb.

Rəhman Sultanzadə hadisəni qisas zəminində törətdiyini bəyan edib. Bildirib ki, 2010-cu ildə Qamət Teymurov onun qardaşı Afər Sultanovu qətlə yetirib.

İstintaq orqanı tərəfindən Rəhman Sultanzadənin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər