8 İyul 2020 15:18
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda falçı adı ilə vətəndaşın 96 min manatını dələduzluq yolu ilə ələ keçirən Roza Qədirovanın barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Faiq Qəniyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İstintaq orqanı tərəfindən Roza Qədirovanın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Calaləddin Şalyarov oğlu Ülvi Şalyarovun səhhətində müəyyən problemlərlə əlaqədar bir sıra həkimlərə müracət edib.

Lakin həkimlər dəqiq diaqnoz verməkdə çətinlik çəkib.

Qeyd ediblər ki, elə ciddi problemlər yoxdur.

Ancaq oğlunun səhhətində yaxşılığa və ya pisliyə doğru heç bir dəyişiklik baş verməyib.

Bundan sonra əvvəllər əlaqəsi olan eyni məhəllədə yaşayan Roza Qədirova onlara zəng edib və bildirib ki, Ülvinin səhhətində ciddi problemlər var. O, cadugər falçılarının bu problemi görüblər və həlli yollarını biliblər.

Bundan sonra zərərçəkmiş onun istədiyi 2016-cı il aprel ayından, 2018-ci ilin oktyabr ayına qədər müddətdə hissə-hissə cəmi 96.000 manat pul ödəyib.

Lakin cadugar falçının “əməyindən” heç bir müsbət nəticə hasil olmayıb.

Nəticə olmadığından Cəlaləddin Şalyarov ondan ödədiyi məbləği geri verməyi tələb edib. O isə bundan imtina edib.

Bu məsələ ilə bağlı bütün danışıqlar telefon vasitəsilə qeydə alınıb, məhkəmə ekspertizası mərkəzində təsdiqlənib.

Cinayət işi üzrə 2 nəfər zərərçəkmiş qismində tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər