9 İyul 14:55
964

Zaqatala rayonunda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Əli Rəcəbovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Zaqatala rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Tural Həsənovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 21-nə təyin olunub.

İttihama görə, Əli Rəcəbov Zaqatala rayonu ərazisində azyaşlı qıza təcavüz edib. Azyaşlının ailə üzvlərinin şikayəti əsasında o, həbs edilib.

Məlum olub ki, Əli Rəcəbov azyaşlıya zorakılıq göstərib və daha sonra ona qarşı seksual xarakterli hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Əli Rəcəbovun barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov