Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb regional şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.
Məlumata görə, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Ağdaş rayon ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində Kürdəmir rayon Atakişili kənd sakini Fuad Zeynalovun üzərindən təmiz çəkisi 773 qram narkotik vasitə olan heroin aşkar edilib.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Fuad Zeynalovun Kürdəmir rayon Atakişili kəndindəki fərdi yaşayış evinə keçirilən baxış zamanı, qonaq otağındakı soyuducunun içərisindən 2 kq 742 qram narkotik vasitə olan heroin və 345 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb
Faktla bağlı araşdırmalar davam etdirilir.