Bakı-Qazax magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com Kəpəz TV-yə istinadən xəbər verir ki, Bakıdan Gürcüstana hərəkət edən sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan "Kamaz" markalı yük maşınına arxadan çırpılıb.
Zərbənin təsirindən sərnişin avtobusu alışıb. Nəticədə avtobusda olan 40-a yaxın sərnişin ağır xəsarətlər alıb. İlkin məlumatlara görə, xəsarət alanlar arasında ölənlər olduğu bildirilir.
Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onlardan 3 nəfər vəziyyətinin ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.