12 İyul 2020 11:30
2 339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda iki azyaşlıya təcavüz etməkdə ittiham olunan İlkin Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Rasim sadıxovun icraatına verilib.

İttihama görə, İlkin Babayev Xaçmaz rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli hərəkətlər edib.

Daha sonra o, həmin qızın yetkinlik yaşına çatmayan qardaşına da hədə-qorxu gəlib, zorakılıq göstərərək onunla zorla qeyri-təbbi yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən İlkin Babayevin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər