2 May 2014 18:20

20.30

Mətbuat Şurasının “qara siyahı”sında adı olan “Vətəndaş və İnkişaf” qəzetinin baş redaktoru üç gün əvvəl bir nəfərlə mənim yanıma gəldi ki, bu oğlan tələbədir, onu işə götür. Həmin xanıma jurnalda boş ştat olmadığını deyəndə, mənə rüşvət təklif etdi. Mən isə onun bu təklifini qəbul etmədim”.

Bunu seksual hərəkətlərə yol verməkdə ittiham edilən “Müstəqil Lider” jurnalının baş redaktoru Faiq Əhmədov deyib.

F.Əhmədovun sözlərinə görə, adının əxlaqsız hərəkətdə hallanması ona atılan böhtandır: “Rüşvəti qəbul etməyəndə həmin tələbə oğlan bir vəzifəli adamın adını çəkdi və məni hədələyəndə onu otaqdan qovdum. Bu gün “Vətəndaş və İnkişaf” qəzetinin baş redaktoru yanıma bir qız uşağı ilə gəldi. Dedi, qızıdır, uşaq evindən götürüb, mənim yanımda işləsin. Jurnalın əməkdaşı ona mətn korrektə etməyi tapşırsa da, o, işi görməkdən imtina edib. Buna görə də işdən azad olunub. Məhz bundan sonra mənə böhtan atdılar ki, guya həmin azyaşlı qız uşağına əxlaqsız təklif etmişəm”.

F.Əhmədov əlavə edib ki, məsələ ilə bağlı polisdə ifadə verib və bu gün Yasamal Rayon Məhkəməsinə müraciət edib.

18.20

"Azərbaycan" nəşriyyatında 13 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edən baş redaktorun adı bilinib.

Teleqraf.com-un xəbərinə görə, həmin şəxs “Müstəqil Lider” jurnalının baş redaktoru Faiq Əhmədovdur.

7-ci sinif şagirdi olan qıza qarşı seksual hərəkətlər edən baş redaktorun barəsində cinayət işi başlanıb. Azyaşlı qızın anası “Vətəndaş və İnkişaf” qəzetinin baş redaktoru işləyir.

Işi araşdıran təhqiqatçı Hüseyn Məmmədov Teleqraf.com-a açıqlamasında deyib ki, şikayətçi rayon polis idarəsinə müraciət edib. Təhqiqatçını sözlərinə görə, şikayətçinin müraciəti əsasında araşdırma başlanıb.

16.40

Qızın anası redaktoru təcavüz anında yaxaladı

"Azərbaycan" nəşriyyatında insident baş verib.

Teleqraf.com-un xəbərinə görə, hadisə nəşriyyatın 9-cu mərtəbəsində qeydə alınıb.

Məlumata görə, nəşriyyatda Faiq adlı qəzet redaktoru yeniyetmə qızı zorlamağa cəhd edib. Əldə etdiyimiz məlumata görə, qızın anası qəzetin yerləşdiyi otağa daxil olanda Faiq adlı şəxsin onun qızını soyundurması və seksual xarakterli hərəkətlər etməsini görüb.

Azyaşlının anası hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə məlumat verib. Məlumat Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə göndərilib. Hadisə ilə bağlı məlumat alan bölmə əməkdaşları "Azərbaycan" nəşriyyatına gəliblər. Polislər Faiq adlı şəxsi polis bölməsinə aparıblar.

28-ci polis bölməsindən Teleqraf.com-a faktı təsdiqləyiblər. Bölmədən bildiriblər ki, hadisə ilə bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...