Sumqayıt şəhərində qızıl oğurluğu edən qadın həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsindən məlumat verilib.
Məlumata görə, oğurluq hadisəsi şəhərin Sülh küçəsi, 32-ci məhəllədə yerləşən Sumqayit Ticarət Mərkəzində qeydə alınıb. Naməlum qadın 1980-ci il təvəllüdlü Qəhrəman Ağayevə məxsus zinnət əşyaları satılan piştaxtadan dəyəri təxminən 90 manat məbləğində olan qızıl əşyası oğurlayıb.
Qadın qaçmaq istəyərkən Baş Mühafizə İdarəsinin Sumqayıt şəhər Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb və o, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə təhvil verilib.
Araşdırmalar zamanı müəyyən edilib ki, oğurluq hadisəsini törədən Sumqayıt şəhər sakini, 1981-ci il təvəllüdlü Samirə Rüstəmovadır.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov