Bakıda karatin rejimi qaydasını pozan şəxsə qarşı cinayət işi açılıb.
Teleqraf.com xəbər verir ki, paytaxtın Nərimanov rayonunda Elkin Azər oğlu Xasməmmədov həbs edilib.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham elan edilib.
İstintaq gedir.