Ağcabədi rayonunda qətlə yetirilən qızın kimliyi məlum olub.
Bu barədə Teleqraf.com-a Ağcabədi rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, rayonun Hacıbədəlli kəndi ərazisində aşkar olunan qadın meyiti Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Səltənət Əliyevaya məxsus olduğu məlum olub. Onu Ağcabədi rayon sakini, 1993-cü il təvəllüdlü Aydın Qasımovun öldürməsi məlum olub.
Aydın Qasımov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib. O, istintaqa verdiyi ilkin ifadəsində törətdiyi cinayəti etiraf edib. Aydın Qasımov deyib ki, 16 yaşlı qızı evlənmək məqsədilə qaçırıb. O, əlavə edib ki, kənd ərazisində qız onu təhqir edici söyüşlər söyüb. Bundan əsəbləşdiyini söyləyən Aydın Qasımov qızı boğduğun və sonra kəndin ərazisində yolun kənarına atdığını söyləyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq hərəkətləri davam etdirilir.
Hacı Zeynalov