16 İyul 2020 10:55
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şöhrət Dünyamalıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Nahid Mirzəyev icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə bu il martın 2-də Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisində baş verib.

Şöhrət Dünyamalıyevin idarə etdiyi “QAZ-2705” markalı 23-BG-086 dövlət qeydiyyat nişanlı yük avtomobil Musa İsmayılzadənin idarə etdiyi “VAZ-21074” markalı 10-EZ-877 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Nəticədə “VAZ-21074”-ün sürücüsü Musa İsmayılzadə və sərnişin Rüstəm Əzimov vəfat edib. Şöhrət Dünyamalıyev və digər 2 sərnişin isə xəsarət alıb.

İstintaq araşdırması zamanı Şöhrət Dünyamalıyevin baş verən yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinib.

İstintaq orqanı tərəfindən Şöhrət Dünyamalıyevin barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər