Daxili İşlər Nazirliyi Göygöldə və Ucar rayonlarında baş verən dəhşətli yol qəzaları ilə bağlı məlumat yayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, oktyabrın 9-da saat 03 radələrində Göygöl rayonunun Hacıməlik kəndində Gürcüstan vətəndaşı Vasif Osmanov idarə etdiyi “Mercedes” markalı sərnşin avtobusunu qarşıda gedən Ağstafa rayon sakini Mehman Həsənovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurmuş və avtobusda yanğın baş verib.
V.Osmanovun sərnişinlərindən - Gürcüstan vətəndaşı Fuad İsgəndərov və 20-25 yaşlı kişi hadisə yerində ölüb, özü və 5 sərnişini xəstəxanaya yerləşdirilib.
Daha bir ağır qəza Ucar rayonunun Alpout kəndində qeydə alınıb. Qəbələ rayon sakini Şahin Hüseynovun idarə etdiyi “MAK” və İsmayıllı rayon sakini Ceyhun Baxışovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub. C.Baxışov və sərnişinləri - İsmayıllı rayon sakini Səbuhi Mirzəməmmədov, arvadı Zəminə, azyaşlı uşaqları Yusif və Aişə hadisə yerində ölüblər.
Hər iki faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov