Masallı rayonunda 12 gün əvvəl faciəli hadisə zamanı xəsarət alan şəxs xəstəxanada ölüb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə sentyabr ayının 27-də Masallı rayonunun Təzə Alvadı kəndində yerləşən təkər təmiri sexində qeydə alınıb. Kənd sakini Əkbər Musayev “KamAZ” markalı avtomobilinin təkərini təmir edərkən təkərdən çıxan dəmir parçası ona dəyib. Xəstəxanaya yerləşdirilmiş Ə.Musayev oktyabrın 8-də orada ölüb.
Hacı Zeynalov