16 İyul 2020 17:29
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxıda hədə-qorxu ilə pul tələb etmə və qanunsuz azadlıqdan məhrum etməkdə təqsirli bilinərək həbs olunan məşhur güləşçi Məsim Qədirlinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakimi Etibar Hümbətovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İstintaq orqanı tərəfindən Məsim Cavid oğlu Qədirlinin barəsində Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 182.2.3-cü (hədə- qorxu ilə pul tələb etmə zor tətbiq etmə ilə törədildikdə) maddələri ilə ittiham elan olunub.

Qeyd edək ki, Məsim Qədirli sərbəst güləş üzrə Azərbaycan çempionudur. O, yığma komandasının üzvü olub və bir çox nailiyyətlər imza atıb.

Cinayət işi üzrə rayon sakini Orxan Hacıyev zərərçəkmiş qsimində tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər