Bu gün Binəqədi rayon Məhkəməsində polisə müqavimət göstərməkdə ittihjam olunan Orxan Əyyubzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, prosesdə çıxış edən prokuror Orxan Əyyubzadənin 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib. O, Orxan Əyyubzadənin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Məhkəmə iclası oktyabrın 15-də davam edəcək.
Qeyd edək ki, Orxan Əyyubzadə Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddəsi ilə ittiham edilir. O, mayın 6-da NİDA-çılara oxunan hökmə etiraz etdiyinə görə həbs olunub və Nəsimi rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbs cəzası alıb Mayın 27-də isə barəsində cinayət işi başlanıb.
Hacı Zeynalov