20 İyul 2020 13:45
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Teleqrafşcom-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2020” tədbirlər planına əsasən həyata keçirilən əməliyyat-axtarış tədbirləri keçirilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Yevlax rayonu Havarlı kənd sakini Şahin Tağıyevin yaşadığı fərdi evə baxış keçirilib.

Bu zaman yaşayış evinin həyətyanı sahəsindən 107 ədəd ümumi çəkisi 21 500 kq olan, xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri və ümumi çəkisi 9 144 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər