Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Sabirabad rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb. Rayon sakini Mirdamət Bibiquliyev idarə etdiyi “Qazel” markalı avtomobillə rayonun Minbaşı kənd sakini, 1995-ci il təvəllüdlü Murad Cəfərovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Murad Cəfərov bu günlərdə hərbi xidməti başa vurub və evlərinə qayıdıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov