21 İyul 2020 15:43
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən Aydın Rzayevin barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Məhkəməsində hakim Almaz Süleymanovanın sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Aydın Rzayevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, iyulun 19-da saat 22 radələrində Sumqayıt ərazisində 1943-cü il təvəllüdlü Azad Rzayevin yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla psixi xəstəlikdən əziyyət çəkən 1984-cü il təvəllüdlü Aydın Rzayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı atası Azad Rzayevə çoxsaylı bıçaq zərbələri vurub öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Aydın Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən Aydın Rzayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Sumqayıt şəhər prokurorluğunda istintaq gedir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər