Rusiyada “Qurd adam” ləqəbi ilə tanınan Mixail Popkov adlı qatilinin 200-ə yaxın qadını öldürməsinə dair iddia şok effekt yaradıb.
Teleqraf.com xəbər verir ki, qatil ittihamlarla tam razılaşmayıb. O, bu günədək 83 qadını qətlə yetirdiyini bildirib.
Popkovun 1992-ci ildən 2010-cu ilədək 81 qadını öldürdüyünə dair ittihamı istintaq irəli sürüb. Qatil isə 2019-cu ildə daha iki qadının həyatına son qoyduğunu özü etiraf edib.
Qatil qadınları öldürməzdən əvvəl cinsi zorakılığa məruz qoyduğunu deyib. Qurbanlarını balta, çəkic və dəyənəklə öldürüb.