22 İyul 2020 14:34
5 748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda arvadını öldürməyə cəhd etməkdə ittiham olunan Laçın rayounda olan məcburi köçkün, 1974-cü il təvəllüdlü Rafiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Ağcabədi rayonunun Taxtakörpü kəndində məskunlaşan Rafiq Əliyevin həyat yoldaşı Tahirə Əliyeva 2019-cu il mayın 1-də onunla dava edib və daha sonra yaşadığı evi tərk edib.

Tahirə Əliyeva tanışı Gülsurə Əliyevnın yaşadığı Bərdə rayonunun Lək kəndinə gəlib və orada qalmağa başlayıb, əri evinə qayıtmayıb.

Rafiq Əliyev mayın 20-də, saat 22.20-də Tahirə Əliyevanın istifadəsində olan mobil nömrəyə zəng edib.

Rafiq Əliyev danışarkən şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı Tahirə Əliyeva onun anası Elyana Əliyevanın ünvanına nalayiq ifadələr işlədib.

Rafiq Əliyev arvadının anası haqqında işlətdiyi nalayiq ifadələrə görə, qisas almaq məqsədi ilə onu öldürmək qərarına gəlib.

Bu məqsədlə Rafiq Əliyev həmin gün, saat 22.30-da Gülsurə Əliyevaya məxsus evin həyətinə gedib, orada iki saat müddətində gizlənib.

Rafiq Əliyev niyyətini həyata keçirmək üçün münasib şəraiti gözləyib. Tahirə Əliyeva evin həyətinə çıxdıqdan sonra qəfil ona yaxınlaşaraq əvvəlcədən yaşadığı Ağcəbədi rayonunun Taxtakörpü kəndində yerləşən evindən götürdüyü bıçaqla ona 5 zərbə vurub.

Bu zaman Tahirə Əliyeva yerə yıxılaraq hərəkətsiz qaldığını görən Rafiq Əliyev onun öldüyünü zənn edib. O, Bərdə rayon polis şöbəsinə gələrək, könüllü təslim olub.

Lakin Tahirə Əliyeva hadisədən dərhal sonra Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ixtisaslı tibbi yardım göstərilərək həyatı xilas edilib.

İstintaq orqanı tərəfindən Rafiq Əliyevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq Əliyev 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Rafiq Əliyev apelyasiya şikayəti verib. O, barəsində olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilməsini, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini istəyib.

Qeyd edib ki, əməli Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə düzgün tövsif edilməyib.

Rafiq Əliyev qeyd edib ki, arvadını öldürmək istəməyib. Bildirib ki, zərərçəkmiş şəxsin onun anasına olan nalayiq ifadələri, 5 uşağını atması ona ağır təsir edib və üzərindəki bıçaqla zərərçəkmişə bir neçə dəfə zərbə vuub.

Rafiq Əliyevin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Teyyub Muxtarovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Rafiq Əliyevin şikayəti təmin edilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər