Sumqayıt şəhərində soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, iyulun 22-də Sumqayıt şəhəri 34-cü məhəllənin ərazisində naməlum şəxsin şəhər sakini olan 6 yaşlı qızın qulağından qızıl sırğanı açaraq aparması barədə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə müraciət daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Hacıyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.