24 İyul 2020 14:52
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ Rayon İcra Hakimiyyəti və Polis Şöbəsi əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində şəhər ərazisində karantin qaydalarını pozaraq, gizli fəaliyyət göstərən özəl uşaq hazırlıq mərkəzi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, dərhal həmin mərkəzin fəaliyyəti dayandırılıb.

Obyekti işlədənə, uşaqların valideynlərinə və müəllimlərə ölkədə elan edilmiş karantin rejiminin qaydaları və tələbləri izah olunub. Qaydaları pozduqları üçün həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər