25 İyul 2020 18:58
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 23-də Bakı şəhər sakini S.Məlikova məxsus “Hyundai” markalı avtomobilin Xətai rayonu ərazisindən qaçırılması barədə 35-ci Polis Bölməsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Rzayev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qala qəsəbəsi ərazisində avtomobili idarə edərkən saxlanılıb.

Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com