25 İyul 2020 20:40
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə oğurluqla məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, Nizami (Gəncə) rayonu ərazisindəki evlərin birindən min manat pul və həmin dəyərdə məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş M.Namazov rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com