28 İyul 2020 13:51
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda istirahət mərkəzindən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş M.Əsgərlinin və narkotik vasitə ilə tutulmuş S.Hüseynovun ətraflarında Masallı rayon polis şöbəsində araşdırma aparılıb.

Onların daha bir evdən və bir istirahət mərkəzindən 6500 manat dəyərində inşaat materialları, transformator, elektrik avadanlıqları və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər