29 İyul 2020 00:45
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Barnaul şəhərində boksçu Mixail Startsev və kikboksinq üzrə dünya çempionu Liliya Voroquşina əlil kişini ağacla döyüblər.

Teleqraf.com xəbər verir ki, davaya 40 yaşlı Pavel Roxlov adlı şəxs qarışıb. Roxlov kikboksçu qadını vurub. Startsev isə onun sifətinə güclü zərbə endirib. Nəticədə Roxlovun başı asfalta çırpılıb və o, yerindəcə keçinib.

Startsev artıq həbs olunub. Ona qarşı "Bilərəkdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan ölümlə nəticələndikdə" maddəsi ilə ittiham irəli sürülüb. 38 yaşlı idmançı boks üzrə Rusiya çempionatlarının dəfələrlə iştirakçısı olub.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər