29 İyul 2020 09:52
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin narkotiklərlə mübarizə şöbəsi və 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 1966-cı il təvəllüdlü Şahin Həsənov saxlanılıb.

Onun üzərinə baxış zamanı 0.691 qram, əlindəki sellofan torbadan isə 2 kq 200 qram heroin aşkar edilib.

Şahin Həsənovun əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunduğu qeyd olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov