10 Oktyabr 2014 11:37
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda quldurluq cinayəti törədən mütəşəkkil dəstə zərərsizləşdirilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, oktyabrın 8-i saat 16 radələrində naməlum şəxslər Səngəçal qəsəbəsində Namiq Mirağayevi döyərək, 570 manat pulunu, 2 ədəd mobil telefonunu və avtomobilinin açarlarını götürərək qaçıblar.

Qaradağ Rayon Polis İdarəsini 11-ci polis bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Tural Talıblı, Səyyad Mirzəyev, Seymur Zalov və Ülkər Quliyeva tutulublar.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər