Bakıda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.
1999-cu il təvəllüdlü Rəcəbli Əli Əlixan oğlu mübahisə zəminində 3 bıçaq xəsarəti alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun boyun nahiyəsində, döş qəfəsində və baldır nahiyəsində kəsilmis-deşilmis bıçaq yaraları aşkarlanıb.
Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.