Bakının Nərimanov rayonunda narkotik alverçisi həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Nərimanov rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Vidadi Əkbərov saxlanılıb. Ondan195 qram marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov