Daxili İşlər Nazirliyi Sumqayıt şəhərində yerləşən “Karvan” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, oktyabrın 9-da saat 21 radələrində Sumqayıt şəhəri 32-ci məhəllədə 3 mərtəbəli “Karvan” ticarət mərkəzinin sahəsi 300 kvm. olan 1-ci mərtəbəsində yanğın baş verib.
Nəticədə yanar konstruksiyalar və əşyalar yanmış, orada fəhlə işləyən İmişli rayon sakini İlqar Əliyev tüstüdən boğularaq ölüb, Şirvan şəhər sakinləri Ramiz Əhmədova, Ramil İsmayılova və Salyan rayon sakini Nicat İsmayılova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Hacı Zeynalov