4 Avqust 2020 12:08
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda mal-qara oğruları saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Göyçay rayon polis şöbəsinə rayonun Birinci Ərəbcəbirli kəndində ümumi dəyəri 3 min manat olan 2 baş inəyin oğurlanması barədə müraciət daxil olub.

Daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iribuynuzlu heyvanları oğurlayan şəxslərin zərərçəkmişin həmkəndlisi, əvvəllər məhkum olunmuş Elşən Niyatov və rayonun Mallı-Şıxlı kənd sakini Kənan Şəfizadə olduğu müəyyən edilib.

Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Araşdırma zamanı saxlanılan şəxslərin həmin heyvanları oğurladıqdan sonra Bərdə rayonunda satdıqları məlum olub.

Bundan başqa, Göyçay rayon polis şöbəsi əməkdaşları tərəfindən rayon sakini R.Məmmədovun avtomobilindən 100 manat pul, maqnitofon və yaddaş kartı oğurlamaqda şübhəli bilinən şəhər sakini R.Kərimli saxlanılıb.

Hər iki faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov