4 Avqust 2020 12:37
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayon sakini Balaş Nəhmədov saxlanılıb.

Balaş Nəhmədovun yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 77 ədəd çətənə kolu aşkar edilib.

Faktla bağlı Kürdəmir rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov