Daşkəsən rayonunda qətl törətməkdə təqsirləndirilən Elbrus Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, hadisə ötən ilin dekabr ayında baş verib.
Rayonun Bayan kəndi ərazisində naməlum kişi meyiti aşkarlanıb. Aparılan araşdırmalarla meyitin Şəmkir rayonu, Çıraqlı qəsəbə sakini, 1962-ci il təvəllüdlü Qurban Abdullayeva aid olduğu təsdiqlənib.
Qurban Abdullayev baş nahiyəsindən odlu silahdan açılmış atəş nəticəsində öldürülüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs - Daşkəsən rayonunda qeydiyyatda olan, Gəncə şəhərində müxtəlif ünvanlarda yaşayan 1962-ci il təvəllüdlü Elbrus Mehdiyev həbs olunub.
İstintaq orqanı tərəfindən Elbrus Mehdiyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.